Hesabat formasının “İnternet səhifə, mobil tətbiq və digər elektron şəbəkə vasitəsilə aparılan ödəniş əməliyyatları” hissəsində elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi, ödəniş hesablarına və ödəniş alətlərinə (o cümlədən ödəniş kartına və elektron pula) vəsaitin köçürülməsi və digər əməliyyatlar olmaqla təsnifləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Hesabat formasının “Özünəxidmət terminalları üzrə əməliyyatlar” hissəsi özünəxidmət terminalları vasitəsilə ödənişlərin həyata keçirilməsi, ödəniş hesablarına və alətlərinə vəsaitin köçürülməsi (o cümlədən ödəniş kartına və elektron pula) vəsaitin köçürülməsi və digər əməliyyatlar olmaqla təsnifləşdirilir.