Müşahidə Şurasının hər bir üzvü bankda daxili nəzarət, maliyyə fəaliyyətinin nəticələri və strateji planın icrası ilə bağlı problemləri bankın aidiyyəti vəzifəli şəxsləri ilə müzakirə etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Müşahidə Şurasının hər bir üzvü Audit Komitəsinin müstəqil olmasını təmin etməli, daxili auditorların fəaliyyətinin müstəqilliyini təmin etməli, yalnız Audit Komitəsinə daxili audit planının əsas istiqamətlərini müəyyən edən tövsiyələr verməli və daxili audit bölməsinin Audit Komitəsinə tabe olmasını təmin etməlidir.