Otaqların mikroiqlim parametrlərini DÜİST 30494-ə müvafiq olaraq qəbul etmək lazımdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Bu zaman ilin soyuq dövrü üçün olan hesabatda mikroiqlimin optimal parametrləri, isti dövrü üçün isə mikroiqlimin yol verilən parametrləri qəbul edilməlidir. Ayrı-ayrı istehsalat-texniki təyinatlı otaqlarda (emalatxanalar, laboratoriyalar, anbarlar, surətçıxarma-çap) mikroiqlim parametrləri DÜİST 30494-ün tələbləri nəzərə alınmaqla qəbul edilməlidir.