Binanın avadanlığına, armaturlara və mühəndis sistemləri cihazlarına və onların birləşmələrinə baxış, texniki xidmət, təmir üçün müyəssərlik təmin olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Avadanlıqların və boru kəmərlərinin işinə mənfi təsir edə biləcək aşağı temperaturlardan qorunması üçün səmərəli tədbirlər görülməlidir. Seysmik təsirlərə, çökmələrə və digər qrunt yerdəyişmələrinə (şaxta qabarması daxil olmaqla) məruz qalan, mürəkkəb geoloji şəraiti olan rayonlarda binaların tikintisi zamanı, mühəndis kommunikasiyalarının girişləri qrunt əsasların mümkün yerdəyiş-mələrinin kompensasiyasının zəruriliyi  nəzərə alınmaqla yerinə yetirilməlidir.