Pilləkən qəfəsələrinin ümumi dəhlizlərə açılan qapılarının, lift holları və tambur-şlüz qapılarının kip örtülməsi üçün mexanizmləri olmalı və onların açarsız açılmasına mane olan kilidləri olmamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Dörd və daha cox mərtəbəli binaların qapılarında, framuqalarında və arakəsmələrində (qapılarda, pilləkən qəfəsələrinin daxili divarları daxil olmaqla arakəsmə və divarlarda) şəffaf material kimi möhkəmləndirilmiş və ya armaturlanmış şüşə və şüşəbloklar tətbiq olunmalıdır.