Rezident və qeyri-rezident ödəniş xidməti təchizatçılarının emissiya etdiyi elektron pullar ilə aparılan əməliyyatlar bankın xidmət şəbəkəsi və ödəniş sistemləri üzrə təsnifləşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

“Bankın emissiya etdiyi elektron pulun strukturu haqqında statistik hesabat” cədvəlində (ÖS-Bank-11.3) bankın emissiya etdiyi elektron pullar üzrə dövrün sonuna elektron pul sahiblərinin sayı və elektron pulla əməliyyatların sayı və həcmi, həmçinin dövrün sonuna elektron pulun qalıq dəyəri əks olunur.