Dünən saat 22:15-də “azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkət edərkən iki nəfər qəfil qatarın qarşısına çıxıb.

ADY-dən Heftelik.az-a verilən məlumata görə, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub.

“Təəssüf hissi ilə bildiririk ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili yardım briqadası çağırılsa da, hər iki şəxs aldıqları ağır bədən xəsarətlərindən dünyasını dəyişib. Hər iki şəxsin ailəsinə dərin hüznlə başsağlığı veririk”, – məlumatda qeyd olunur.