Əvvəlcədən ödənilmiş ödəniş aləti əvvəlcədən mədaxil edilmiş pul həcmində mal, iş və xidmətlərin dəyərinin ödənilməsinə və (və ya) nağd pul vəsaitinin əldə edilməsinə imkan verən kart və ya şəbəkə əsaslı elektron puldur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Ödəniş kartı nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən fiziki və ya virtual ödəniş aləti, virtual ödəniş kartı kart istifadəçisi haqqında məlumatların və kart məlumatlarının fiziki olaraq elektron daşıyıcıya (çipə) və (və ya) maqnit lentə yüklənilmədən emissiya edilən ödəniş kartıdır.