Debet kartların hər bir təsnifatı üzrə “kart üzrə orta qalıq” hissəsində hesabat dövrü üzrə hər əməliyyat gününün sonuna müvafiq ödəniş kartında olan məbləğin cəminin həmin dövrdəki əməliyyat günlərinin sayına bölünməsi əsasında alınan göstərici qeyd edilir. Müvafiq təsnifat üzrə bir neçə debet kartı olduqda hər bir ödəniş kartı üzrə qalıqlar cəmlənərək qeyd olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
FİN-ə bağlı bir və ya bir neçə kredit kartı üzrə hesabat dövrü ərzində ümumilikdə azı 3 (üç) məxaric əməliyyatı (nağd və ya nağdsız formada) aparılmışdırsa, FİN aktiv hesab olunur və müvafiq xanada “A” işarəsi qeyd edilir, aktiv hesab olunmayan FİN üzrə “P” işarəsi qeyd edilir.