Mühafizə olunan idarə və təşkilatların yerləşdiyi sahələrə girişlər, növbətçi gözətçi postundan idarə olunan və müvafiq mühəndis mühafizəsi elementləri ilə təmin olunmuş avtomatik açılan darvazalarla təchiz olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Növbətçi və gözətçi otaqlarından binanın əsas girişinə, həmçinin mümkün olduqda onun ərazisinə daxil olan avtomobil yolu və zirzəmi mərtəbəsi girişlərinə vizual nəzarət təmin olunmalıdır.