Dövlət və ya bələdiyyə vəsaiti hesabına maliyyələşdirilən obyektlərin tikintisi 3 aydan artıq müddətə dayandırıldıqda, tikintisi başa çatmamış obyektlərin konstruksiyalarının və tikinti ərazisinin mühafizəsi məqsədilə sifarişçi tərəfindən konservasiya tədbirləri həyata keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Şəhərsalma və Tikinti Məcəlləsində əksini tapıb.
Nəzərdə tutulmuş halda dövlət və ya bələdiyyə vəsaiti hesabına maliyyələşdirilən obyektin konservasiyası haqqında qərar tikintiyə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.