İlk növbədə federasiyanın Prezidenti Mikayıl Cabbarova təşəkkür etmək istəyirəm. Həmçinin, göstərdikləri dəstək üçün Güləş Federasiyasına da təşəkkür etmək istəyirəm. İdmançılarımız yüksək nəticə göstərib. Bu, məşqçilərin, idmançıların, federasiyanın ortaq uğurudur.
Heftelik.az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov deyib.
“Eyni zamanda mən olimpiya oyunlarındakı nəticəmizə; bir medal qazandığımıza görə, Azərbaycan xalqından üzr istəyirəm. Biz daha yüksək nəticə gözləyirdik. Amma hazırda çox güclü, gənclərdən ibarət olan komanda yığılır. Onlar gələn il millimizi təmsil edəcək. Biz güclü komanda hazırlayırıq. Zənnimcə, gələcəkdə dünya ölkələrinin millilərinə bizim idmançılarımızla mübarizə aparmaq çətin olacaq. Düşünürəm ki, Los-Ancelesdən də bu cür sevinclə qayıdacağıq”, – deyə o bildirib.