Ödəniş kartlarının ödəniş sistemləri üzrə Visa, Mastercard, American Express, Diners Club, UnionPay, lokal kartlar və digər sistemlər üzrə təsnifləşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

Hesabat formasında bankın bankomat, POS-terminal və özünəxidmət terminalları üzrə əməliyyatlar Bakı şəhəri və regionlar üzrə əks olunur. Bankomat və POS-terminallar üzrə əməliyyatlar nağd (nağd pulun çıxarılması) və nağdsız (ödənişlərin həyata keçirilməsi) əməliyyatları üzrə təsnifləşdirilir.