“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının 4-cü bəndini müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması təşkil etmişdir. Bu bənd üzrə strateji hədəfə digər hədəflərlə (Distant təhsil, istedadlı şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar üçün təhsil və inkişaf, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin yaradılması) yanaşı yaşlıların təhsili də daxil edilib.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Peşə təhsili müəssisələrinin məzunlarının əmək bazarına inteqrasiyası vəziyyəti” adlı təhlilində  əksin tapıb.

2020- 2021-ci il məzunlarının 56,9%-ni 15-20 yaş, 28,8%-ni 21-30 yaş, 11,1%-ni 31-40 yaş, 2,6%-ni 41-50 yaş, 0,6 %-ni 51-60 yaş, 0,02%-ni 61-65 yaş qrupu təşkil edib.

2020-ci və 2021-ci il məzunlarının yaş tərkibi barədə məlumat, nəfərlə

 

15-20 yaş          21-30 yaş           31-40 yaş          41-50 yaş           51-60 yaş           61-65 yaş

 

Yuxarı yaş qrupunda olan məzunlar xalçaçı, aşpaz, dərzi ixtisaslarında üstünlük təşkil etmişdir. Bu da yuxarı yaş qrupu tərəfindən bəzi ixtisaslara tələbatın daha yüksək olduğunu göstərir (Şəkil 4).

Şəkil 4. 50 yaşdan yuxarı məzunların ixtisasları, nəfərlə