“Bank tərəfindən istifadə olunan pul köçürmə sistemləri vasitəsilə aparılan əməliyyatlar haqqında statistik hesabat” formasında (Forma ÖS-Bank-8 – Əlavə №8) hesabat dövrü üzrə pul köçürmə sistemləri (yerli və xarici) vasitəsilə milli və xarici valyutada (xarici valyutada aparılan əməliyyatların manat ekvivalenti) banka daxilolmalar və bankdan kənara köçürmələrin sayı və həcmi əks olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

Hesabat formasında pul köçürmə sistemləri vasitəsilə banka daxilolmalar və bankdan kənara köçürmələr pul köçürmə sistemlərinin adları, ölkədaxili və ölkəxarici, ödəniş üsulu üzrə təsnifləşdirilir.