“Banka məxsus ödəniş terminallarında regionlar üzrə əməliyyatlar haqqında statistik hesabat” formasında (Forma ÖS-Bank-12 – Əlavə №12) hesabat dövrü ərzində banka məxsus bankomatlar, POS-terminallar, özünəxidmət terminallarında ödəniş kartı və nağd pul vasitəsilə əməliyyatların sayı və həcmi, o cümlədən istifadə edilən kartların sayı regionlar üzrə təsnifləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
“Banka məxsus bankomatlarda ödəniş kartları vasitəsilə məxaric edilən nağd pul haqqında statistik hesabat” formasında (Forma ÖS-Bank-13 – Əlavə №13) hesabat dövrü ərzində banka məxsus bankomatlardan ödəniş kartları vasitəsilə məxaric edilən nağd pulun (kağız pul nişanları) Bakı şəhəri və regionlar üzrə sayı əks olunur.