“Kredit tələbi üzrə qalıq” hissəsində hesabat dövrünün sonuncu təqvim gününə kredit kartına bağlı kredit müqaviləsi üzrə kredit məbləği və kredit üzrə tətbiq edilən faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlər üzrə qalıq məbləği qeyd edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

Bir neçə kredit kartı olduqda hər bir kredit kartı ilə bağlı kredit tələbi üzrə qalıqlar cəmlənərək qeyd olunur.