“Bankın emissiya etdiyi ödəniş kartlarının strukturu haqqında statistik hesabat” cədvəlində (ÖS-Bank-5.1) hesabat dövrünün sonuna təyinatına, ödəniş sistemləri üzrə, məlumat daşıyıcısına görə ödəniş kartlarının və istifadəçilərinin sayı, hesabat dövrü üzrə ödəniş kartlarının təyinatı, ödəniş sistemləri üzrə bölgüsü, məlumat daşıyıcısına görə pul vəsaitlərinin məxaric və mədaxil əməliyyatlarının sayı və həcmi əks olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.