Texniki şərtlərə əsasən yeni tikilən, əsaslı təmir olunan, genişləndirilən və texniki cəhətdən yeniləşdirilən magistral neft kəmərləri istifadəyə verilməzdən əvvəl möhkəmli və kipli sınanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Boru kəmərlərinin sınaq işləri Sahə tikinti normaları 011-88 normativ sənədinin tələbləri nəzərə alınmaqla aparılmalıdır.