Neft kəmərləri avtomobil yollarının və yaşayış yerlərinin yaxınlığından keçirsə, mühafizə zonasının kənarlarında mühafizə postu və xəbərdaredici nişanlar qoyulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Magistral və texnoloji boru kəmərlərinin sınağına başlamazdan əvvəl komissiyanın qeyd etdiyi yerlərdə qəza-təmir, rabitə və növbətçi postları yerləşdirilməlidir. Komissiyanın sədri yalnız bütün tədbirlərin həyata keçirildiyini dəqiqləşdirdikdən sonra sınaq işinin aparılmasına göstəriş verməlidir.