Cədvəlin “Müştəri hesablarının hesab növünə görə sayı” hissəsində müştərilərin əmanət, cari hesabları, o cümlədən kreditlərin verilməsi məqsədilə açılan cari hesabları üzrə sayı qeyd olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Cədvəlin “Əmanət hesablarının hüquqi statusuna görə sayı” hissəsində müştərilərin əmanət hesablarının sayı fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir. Cədvəlin “Əmanət hesablarının müddətinə görə sayı” hissəsində müştərilərin əmanət hesablarının sayı müddətli və tələbli üzrə təsnifləşdirilir.