Müşahidə Şurasının hər bir üzvü daxili auditorlara bankın əməkdaşları tərəfindən bank və banka aidiyyəti olan şəxslər haqqında bütün lazımi məlumatların və sənədlərin verilməsini təmin etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Eyni zamanda Müşahidə Şurasının hər bir üzvü ildə ən azı bir dəfə İdarə Heyəti üzvlərinin peşəkarlığını, bankın mənfəətlə işləməsində, maliyyə vəziyyətinin sabit olmasında və strateji məqsədlərə vaxtında nail olunmasında onların xidmətlərini, habelə tutduqları vəzifəyə uyğunluğunu qiymətləndirməlidir.