Debet ödəniş kartı belə olur

31 Oktyabr 2024, 08:12

Debet ödəniş kartı (debet kart) statistik vahidin müştərisinin hesabında olan vəsait hesabına nağdsız ödənişlərin aparılması və ya nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş kartıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

Kredit ödəniş kartı (kredit kartı) statistik vahidin və ya ixtisaslaşmış dövlət qurumlarının vəsaiti hesabına statistik vahidin müştərisinə ayrılmış kredit vasitəsilə nağdsız ödənişlərin aparılması və ya nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş kartıdır.