Hesabat formasının “Bankın emissiya etdiyi debet kartları vasitəsilə vəsaitin məxarici üzrə aparılan əməliyyatlar” hissəsində bankın emissiya etdiyi debet kartları ilə aparılan əməliyyatlar əks etdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Hesabat formasının “Bankın emissiya etdiyi kredit kartları vasitəsilə vəsaitin məxarici üzrə aparılan əməliyyatlar” hissəsində bankın emissiya etdiyi kredit kartları ilə aparılan əməliyyatlar əks etdirilir. Hesabat formasının “Ümumi əməliyyatlar” hissəsində bankın emissiya etdiyi ödəniş kartları ilə həm banka, həm də digər ödəniş xidməti təchizatçılarına məxsus ödəniş xidməti şəbəkəsi üzrə aparılan əməliyyatlar əks etdirilir.