Hündürlüyü 4 mərtəbə və daha az olan binalarda tətbiq olunan şəffaf şüşə növlərinə məhdudiyyət qoyulmur.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Mərtəbə sayı 4 və daha çox olan binalarda ümumi dəhlizlərə açılan pilləkən qəfəsələrinin qapıları, lift holları və tambur-şlüzlərin qapıları bütöv və ya armaturlanmış şüşəli olmalıdır. Y1-Y4 qrupuna aid materiallardan olan açılan arakəsmələr hər iki tərəfdən, Eİ 30 odadavamlılıq həddini təmin edən YN qrupuna aid materiallar ilə qorunmalıdır.