Avadanlıq və boru kəmərləri binanın tikinti konstruksiyalarında elə bərkidilməlidir ki, konstruksiyaların mümkün olan yerdəyişmələri zamanı onların işgörmə qabiliyyəti pozulmasın.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
ƏLAVƏ 1
İdarə və təşkilatların inzibatı binalarında (şəhər (rayon) icra hakimiyyəti orqanlarının binaları istisna olmaqla) otaqların sahələri üçün yolverilən maksimal ölçülər
Sıra № | Otaqların adı | Ştatda olan işçilərin hesablama sayına görə otaqların sahələri, m2 | |||
50-yə qədər | 50-dən 100-ə qədər | 100-dən 200-ə qədər | 200 və daha cox | ||
1 | 2 | 3 | 4 | 5 | 6 |
1 | Rəhbərlik üçün otaqlar: | ||||
Rəhbərin otağı; | 36 | 45 | 54 | 60 | |
Rəhbərin müavininin otağı; | 28 | 36 | 45 | 54 | |
Rəhbərin köməkçisinin otağı; | 14 | 14 | 14 | 18 | |
Rəhbərin qəbul otağı; | 14 | 20 | 24 | 36 | |
Rəhbərin müavininin qəbul otağı; | 14 | 16 | 18 | 24 | |
Aparatın rəhbərinin otağı; | 20 | 24 | 28 | 32 | |
İdarə rəisinin (şöbə müdirinin) otağı; | 16 | 18 | 20 | 22 | |
Ştatda olan bir əməkdaşa düşən sahə (xüsusi mebel nəzərə alınmadan). | 8 | 8 | 8 | 8 | |
2 | Konfrans zalı | – | – | – | 150 |
3 | Konfrans zalının yardımçı otaqları | – | – | – | 20 |
4 | Konfrans zalının kuluarları | – | – | – | 50 |
5 | Müşavirə zalı | 40 | 70 | 120 | 60 |
6 | İctimai təşkilatlar (həmkarlar təşkilatı) üçün otaq | – | – | 20 | 30 |
7 | Arxiv | 12 | 20 | 25 | 30 |
8 | Texniki kitabxana | – | 30 | 36 | 50 |
9 | Elektroqrafik surətçıxarma və cildlənmə otağı | – | 18 | 30 | 36 |
10 | Videomüşahidə avadanlığı üçün otaq | 10 | 10 | 12 | 12 |
11 | Vestibül | 20 | 30 | 60 | 90 |
12 | Bufet-yeməkxana | 20 | 30 | 70 | 90 |
13 | Sanitariya qovşağı | 12 | 20 | 40 | 60 |
14 | Xidmət personalı üçün otaq | 10 | 10 | 10 | 12 |
15 | Təmir emalatxanası | – | – | 30 | 36 |
16 | Anbar otağı | 12 | 16 | 24 | 24 |
17 | Təmizlik işləri üçün inventar otağı | 6 | 6 | 8 | 8 |
18 | Mühafizə xidməti üçün otaq | 12 | 12 | 12 | 12 |