Normalar binanın istilik mühafizəsi üzrə mütləq olan minimal tələbləri müəyyən edir.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Bina layihələndirilərkən enerji resurslarından daha səmərəli istifadəyə nail olmaq üçün, istilik mühafizəsi üzrə sifarişçinin təyin etdiyi daha yüksək tələblərin tətbiq olunmasına yol verilir. Xarici havanın hesabi parametrləri TN və Q 2.01.01 normativ sənədi üzrə qəbul edilməlidir.