Zirzəmi, kürsülük və birinci mərtəbə otaqlarının, həmçinin əlçatanlıq mümkün olan digər mərtəbə otaqlarının pəncərələrində yanğın təhlükəsizliyi tələblərinə cavab verən barmaqlıqlar nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Digər otaqların pəncərələrində barmaqlıqlar layihə tapşırığında nəzərdə tutulduğu hallarda quraşdırılır. Onlar açıla bilən olmalıdırlar.