Atriuma bitişik otaqların və dəhlizlərin qoruyucu konstruksiyalarının odadavamlılıq həddi EI 45-dən, bu otaqlardan atriuma çıxan qapılarının isə EI 30-dan az olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Drençerli pərdələr ilə mühafizə olunan, odadavamlılıq həddi EI 15-dən az olmayan şüşələnmiş arakəsmələrin və qapıların tətbiq olunmasına yol verilir. Atriumların örtük konstruksiyalarının yanğın təhlükəliyi sinfi K0 və odadavamlılıq həddi REI 30-dan az olmamalıdır.