Peşə təhsili əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı işçi kadrların hazırlanmasını təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Peşə təhsili müəssisələrinin məzunlarının əmək bazarına inteqrasiyası vəziyyəti” adlı təhlilində əksin tapıb.
“Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununa əsasən peşə təhsili Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən və təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini, onların ixtisaslarının daim artırılmasını, eyni zamanda, zəruri əmək bacarıqlarına yiyələnmələrini təmin edən prioritet fəaliyyət sahəsidir.