Peşə təhsili müəssisələrinin məzunlarının əmək bazarına inteqrasiya səviyyəsi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Peşə təhsili müəssisələrinin məzunlarının əmək bazarına inteqrasiyası vəziyyəti” adlı təhlilində əksin tapıb.
2020 və 2021-ci il məzunlarının 2021-ci ilin sonu tarixinə işləmə vəziyyətləri aşağıdakı kimi olub:
Məzunların işlə təmin olunma vəziyyəti, nəfərlə
İşləyən məzunların sayı, 4364,
35%
2020-ci il məzunları
İşləməyən məzunların sayı, 7970,
65%
İşləyən məzunların sayı, 3855,
34%
2021-ci il məzunları
İşləməyən məzunların sayı, 7601,
66%
İşləməyən məzunların sayı İşləyən məzunların sayı
İşləməyən məzunların sayı İşləyən məzunların sayı
Bitirdikləri ixtisaslar üzrə peşə təhsil müəssisələri məzunlarının sayında işləyən məzunların faizlə payının təsviri aşağıda göstərilib:
İşləyən məzunların ixtisas üzrə cəmi məzun sayında xüsusi çəkisi,
| Bitirilmiş ixtisas | İşləyən məzunların payı |
| Florist | 81,8% |
| Tankerlərdə yükləmə-boşaltma əməliyyatçısı | 74,4% |
| Sənayedə quraşdırma işləri üzrə usta | 65,9% |
| Oteldə konsiyerj | 64,7% |
| Daş frezerçisi | 63,2% |
| Tütün ustası | 62,9% |
| Avtomat yoxlama, nizamlama və idarə cihaz və aparatlarının quraşdırıcısı | 60,0% |
| İnşaat ustası | 58,5% |
| Gəmi tornaçısı | 52,9% |
| Aşpaz | 52,5% |
| Dəmiryol stansiyasının növbətçisi | 52,5% |
| Mühafizəçi | 52,4% |
| İsitmə və soyutma sistemlərinə xidmət üzrə mütəxəssis | 52,2% |
| Veb-dizayner və proqram təminatı | 50,5% |
| Parketçi | 50,0% |
| Poliqrafiya üzrə dizayner | 50,0% |
| Utfel qaynadıcısının aparatçısı | 50,0% |
| Elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis | 49,8% |
| Əməliyyatçı-mühasib | 49,1% |
| Çəltikçi | 47,1% |
| Kinomontajçı | 47,1% |
| Sığorta işçisi | 45,8% |
| Tədbir və mərasimlərin təşkilatçısı | 45,6% |
| Müxtəlif sahələr üzrə elektrik montyoru | 42,4% |
| Heyvanlara baytar xidməti köməkçisi | 42,1% |
| Yerli bələdçi | 41,2% |
| Qaynaqçı | 41,2% |
| Mehmanxana inzibatçısı | 40,8% |
| Avtomobil mühərriklərinin yığıcısı | 40,7% |
| Məişət soyuducu və istilik sistemlərinə xidmət üzrə mütəxəssis | 40,0% |
| Heyvandarlıq mütəxəssisi | 39,6% |
| Bağban-dekorator | 39,5% |
| Turizm sahəsində mütəxəssis | 39,0% |
| Arıçı | 39,0% |
| Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar | 38,6% |
| Kargüzar | 38,2% |
| Zərgər | 38,2% |
| Bitkiçilik mütəxəssisi | 37,9% |
| Maşinist | 37,9% |
| Avtomatika, elektronika üzrə usta | 37,7% |
| Ağac nəqqaşı, Ağacdan bədii məmulatların fanerçisi | 37,5% |
| Qənnadçı, şirniyyatçı | 36,8% |
| Müxtəlif sahələr üzrə elektromexanik | 35,8% |
| Reklam işçisi | 35,2% |
| Yolun və süni qurğuların cari təmiri və saxlanması üzrə briqadir | 35,0% |
| Pambıqçı | 34,7% |
| Müxtəlif sahələr üzrə operator | 34,1% |
| Dağ-mədən işləri üzrə mütəxəssis | 33,3% |
| İşıqlandırma şəbəkəsinin elektrik quraşdırıcısı | 33,3% |
| Üzüm-şərab ustası | 33,2% |
| Kimyəvi-bakterioloji analiz laborantı | 32,5% |
| Mebel ustası | 32,5% |
| Kompüter operatoru | 32,2% |
| Balıq yetişdirilməsi üzrə mütəxəssis | 32,1% |
| Avtomobil üzrə elektrik | 31,7% |
| Qrim ustası | 31,4% |
| Rabitə avadanlıqlarının quraşdırıcısı | 31,4% |
| Meyvə ustası | 29,4% |
| Dərzi | 28,4% |
| İnteryer və eksteryerin bədii tərtibatçısı | 28,1% |
| Misgər | 28,1% |
| Yağ sənayesi işçisi-usta | 28,1% |
| Yeyinti məhsulları istehsalı avadanlıqlarının sazlayıcısı | 28,1% |
| Dülgər | 27,5% |
| Aqroservis mütəxəssisi | 26,9% |
| Çaybecərən usta | 26,7% |
| Çörək ustası | 26,7% |
| Bərbər-vizajist-manikürçü | 26,2% |
| Mənzil təsərrüfat xidməti üzrə mütəxəssis | 26,0% |
| Geyim üzrə dizayner | 25,5% |
| Tərəvəz ustası | 25,4% |
| Müxtəlif sahələr üzrə çilingər | 25,3% |
| Baramaçı | 25,1% |
| Rəngsaz və Suvaq ustası | 24,7% |
| Xalçaçı | 23,7% |
| Avtomobil rəngsazı | 20,5% |
| Dayə | 20,3% |
| Tornaçı | 20,3% |
| Ət yarımfabrikatlarını hazırlayan | 20,0% |
| Lokal şəbəkələrə xidmət üzrə texnik | 20,0% |
| Genişprofilli dəzgahçı | 18,2% |
| Kostyum ustası və dərzi | 17,6% |
| Avtomobil üzrə dəmirçi | 16,7% |
| Biçici | 16,7% |
| Əyirici (pambıq, yun, ipək, kətan) | 15,8% |
| Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi | 15,4% |
| Texnoloji avadanlığın sazlayıcısı | 15,4% |
| Növbə matorçusu | 15,0% |
| Üzlükçü dizayner | 10,3% |
| Toxucu (pambıq, yun, ipək, kətan istehsalatı) | 10,0% |
| Vaqon baxıcısı-təmirçisi | 8,6% |
| Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer | 6,1% |
| Heyvanlarda süni mayalanma üzrə texnik | 5,0% |
Qeyd: Təhlil zamanı bəzi uyğun ixtisasların göstəricilərində ümumiləşdirmə aparılmış, oxşar ixtisaslar üzrə göstəricilər cəmlənmişdir.
