“Qeyri-bank ödəniş xidməti təchizatçısına məxsus ödəniş xidməti şəbəkəsində aparılan əməliyyatların təyinatı haqqında statistik hesabat” formasında (Forma ÖS-ÖXT-2 – Əlavə №19) qeyri-bank ödəniş xidməti təchizatçısına məxsus ödəniş xidməti şəbəkəsində nağd pul vasitəsilə və nağdsız aparılan əməliyyatlar olmaqla mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi və digər məqsədlə aparılan ödənişlərin təyinatı təsərrüfat subyektinin kateqoriya koduna əsasən qeyd olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Hesabat formasında əməliyyatların sayı və həcmi bankomatlar, POS-terminallar, özünəxidmət terminalları, internet səhifə, mobil tətbiq və digər elektron şəbəkə vasitəsi ilə aparılan ödəniş əməliyyatları üzrə təsnifləşdirilir.