Xarici havanın otaqlara verilməsi 8.1 cədvəlində nəzərdə tutulmuş həcmlərdən az olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Cədvəl 8.1
Otaqlar | Otağa xaricdən daxil olan havanın həcmi (az olmamaq şərtilə) | |
İş vaxtı (iş rejimində) | Qeyri iş vaxtı (dayanma rejimində) | |
1 | 2 | 3 |
İşçilərin iş otağı | 20 m3 /saat (1 adam üçün) 4 m3/saat (1 m2 sahəyə) | 0,2 dövr/saat |
Kabinetlər | 3 m3/saat (1 m2 sahəyə) | 0,2 dövr/saat |
Konfrans zalları, müşavirə zalları | 20 m3/saat (1 adam üçün) | 0.2 dövr/saat |
Tütün çəkmək üçün otaqlar | 10 dövr/saat | 0,5 dövr/saat |
Ayaqyolular | 25 m3/saat (1 unitaz üçün) 10 dövr/saat | 0,5 dövr/saat |
Duşxanalar | 20 m3/saat (1 yer üçün) | 0,2 dövr/saat |
Əlüzyuyanlar | 20 m3/saat | 0,2 dövr/saat |
Anbarlar, arxivlər | 0.5 dövr/saat | 0,5 dövr/saat |
Binanın texniki xidmət otaqları: | ||
Zərərli maddələr ayrılmayan; | 3 dövr/saat | 0,2 dövr/saat |
Zərərli maddələr ayrılan. | Hesabatla, zərərli maddələrin assimilyasiyasına görə | 0,5 dövr/saat |
Qeyd: 1. Mötərizədə yol verilən miqdarlar göstərilmişdir; 2. İşçi otaqlarda və kabinetlərdə, təbii küləklənmə olmadığı halda havanın verilməsi saatda 1 nəfər üçün 60 m3 olmalıdır. |