Atriumların divarlarının daxili səthlərinin tərtibatı yanmayan materiallardan yerinə yetirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Hündürlüyü 28 m-dən artıq olmayan binalarda zal otaqları və atriumların üzərindəki örtüklərin, o cümlədən işıq keçirən örtüklərin qurulması üçün oddan müdafiə emalı olan ağac konstruksiyaların tətbiq olunmasına yol verilir. Oddan müdafiə emalının keyfiyyəti sınaq zamanı qorunmuş ağacın kütləsinin azalması 13%-dən çox olmamalıdır.