Xüsusi otaqlarda saxlanılan qiymətli əşyalara və informasiyaya müdaxilə edilməsinin qarşısının alınması və layihə tapşırığı ilə müəyyən olunan digər məqsədlər üçün bu otaqlarda gücləndirilmiş qoruyucu konstruksiyalar, həmçinin xüsusi qapılar  nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Danışıqların məxfiliyinin qorunması üçün, sayı və təyinatı layihə tapşırığı ilə müəyyən olunan kabinetlərin və digər otaqların divarlarına və qapılarına, səsudan materiallardan üzlük vurulmalı, qapılar ikiqat düzəldilməlidir.