Müşahidə Şurası müxtəlif bacarıq, ixtisas və təcrübəyə malik üzvlərdən təşkil olunmalı, habelə Şuranın tərkibində gender müxtəlifliyi prinsipi də nəzərdən keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Nəzarət zərfi dövlətə məxsus olan banklar istisna olmaqla, digər banklarda Müşahidə Şurasının üzvlərinin azı üçdə biri müstəqil üzv olmalıdır (hesablamada nəticə bir yuxarı tam rəqəmə qədər yuvarlaqlaşdırılır (məsələn, Müşahidə Şuranın üzvlərinin sayı 5 (beş) olduqda müstəqil üzv sayına tələb 2 (iki), Müşahidə Şuranın üzvlərinin sayı 7 (yeddi) olduqda isə müstəqil üzv sayına tələb 3 (üç) kimi müəyyən edilir).