Cədvəlin “Kreditlərin verilməsi məqsədilə açılan cari hesabların sayı” hissəsində müştərilərə verilən kreditlərin uçotunun aparıldığı cari hesabların sayı fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Cədvəlin “Kreditlərin verilməsi məqsədilə açılan cari hesabların müddətinə görə sayı” hissəsində müştərilərin kreditlərinin uçotunun aparıldığı cari hesablarının sayı kreditlərin uzunmüddətli (360 gündən artıq) və qısamüddətli (360 günə qədər) olması üzrə təsnifləşdirilir.