Korporativ İdarəetmə Komitəsi dəyişən mükafatın həcminin və mükafatlandırma siyasətinin hazırlanması zamanı bankın nəzarət funksiyasında fəaliyyət göstərən bölmələrindən və digər komitələrdən dəstək ala bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Korporativ İdarəetmə Komitəsi bankın insan resursları siyasətinin tətbiqinə nəzarətin həyata keçirilməsinə cəlb olunur.