Hesabat formasında pul köçürmə sistemləri vasitəsilə banka daxilolmalar və bankdan kənara köçürmələr pul köçürmə sistemlərinin siyahıdakı adlarına uyğun təsnifləşdirilir. Siyahıda adı əks olunmayan hər hansı digər pul köçürmə sistemi vasitəsilə banka daxilolmalar və bankdan kənara köçürmələr həyata keçirildikdə həmin əməliyyatlar “digər” seçimində əks olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Hesabat formasında hesab açmadan və ya müştərinin mövcud hesabından pul köçürmə sistemləri vasitəsilə köçürmələr nəzərə alınır.