“Bankın hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxs müştəriləri haqqında statistik hesabat” (Forma ÖS-Bank-17 – Əlavə №17) “Bankın hüquqi şəxs müştəriləri haqqında statistik hesabat” (ÖS-Bank-17.1) və “Bankın hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxs müştəriləri haqqında statistik hesabat” (ÖS-Bank-17.2) cədvəllərindən ibarətdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

“Bankın hüquqi şəxs müştəriləri haqqında statistik hesabat” (ÖS-Bank-17.1) formasında hüquqi şəxslərin VÖEN-i haqda məlumat əks etdirilir. VÖEN-ə bağlı bir və ya bir neçə ödəniş hesabı üzrə hesabat dövrü ərzində ümumilikdə azı 3 (üç) məxaric əməliyyatı (nağd və ya nağdsız formada) aparılmışdırsa, VÖEN aktiv hesab olunur və müvafiq xanada “A” işarəsi qeyd edilir, aktiv hesab olunmayan VÖEN üzrə “P” işarəsi qeyd edilir.