Azərbaycan Respublikasında peşə təhsil müəssisələrinin 2020-2021-ci il məzunlarının məşğulluq vəziyyətinə dair məlumatların araşdırılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, eləcə də İqtisadiyyat nazirliklərinə sorğu göndərilmiş, təqdim edilmiş məlumat bazası əsasında təhlillər aparılıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Peşə təhsili müəssisələrinin məzunlarının əmək bazarına inteqrasiyası vəziyyəti” adlı təhlilində əksin tapıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alınmış məlumata görə, 2020-2021-ci illərdə peşə təhsil müəssisələrinin məzunu olmuş 23790 nəfərin 2021-ci ilin sonuna olan tarixə 31,6%-nin və ya 7510 nəfərinin əmək müqaviləsi məlumat bazasında mövcud olmuş, məzunların 68,4%-i və ya 16280 nəfəri ilə bağlı bazada məlumat olmayıb.