Hesabat formasının “ondan özünə məxsus ödəniş xidməti şəbəkəsində aparılan əməliyyatlar” hissəsində bankın emissiya etdiyi ödəniş kartları ilə yalnız banka məxsus ödəniş xidməti şəbəkəsində aparılan əməliyyatlar əks etdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Hesabat formasında “Ölkə xaricində aparılan əməliyyatlar” hissəsindəki əməliyyatların sayı və həcmi ödəniş terminalları (bankomatlar, POS-terminallar və özünəxidmət terminalları) vasitəsilə nağd pulun çıxarılması, ödənişlərin həyata keçirilməsi, internet səhifə, mobil tətbiq və digər elektron şəbəkə vasitəsilə aparılan ödəniş əməliyyatlarından ibarətdir.