Təmassız ödəniş əməliyyatı kart məlumatlarının təmassız texnologiyalar vasitəsilə radiotezliklərlə ötürülməsi ilə həyata keçirilən ödəniş əməliyyatıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Müştəri eyniləşdirilmədən aparılan təmassız ödənişlər təmassız ödəniş kartının kart istifadəçisi tərəfindən POS-terminala yalnız yaxınlaşdırılması ilə aparılan ödəniş əməliyyatı, müştəri eyniləşdirilməklə aparılan təmassız ödənişlər kart istifadəçisi tərəfindən POS-terminalda PİN-kod (şəxsi eyniləşdirmə nömrəsi) yığılmaqla aparılan təmassız ödəniş əməliyyatıdır.