Parlamentdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və qurumun sədri Rövşən Rüstəmovun sərnişinlərə yaratdığı problem qaldırılıb.
Heftelik.az-ın məlumatına görə, deputat Naqif Həmzəyev deyib ki, bu gün sürət qatarlarında sərnişinlərə yalnız 23 kq baqaj daşımağa icazə verilir.
Deputat bildirib ki, baqaja görə sərnişinlər qatara minəndə çoxlu sayda problemlər olur: “Polis də məsələyə qarışır. Aidiyyəti qurumlar ən azından ödənişli olaraq ikinci, üçüncü baqaj keçirməyə icazə verilsin. Bu, dünya təcrübəsində də var. Digər məsələ odur ki, bir çox rəsmi şəxslərin hava limanında gözləmə zalında gözləmək hüququ var. Amma dəmiryolları rəsmi şəxslərə bu şansı tanımır. Düşünürəm ki, bu, texniki problemdir və bu problem həllini tapa bilər”.
Sədr Sahibə Qafarova isə sual edib ki, deputat bu problemin səbəbi ilə maraqlanıbmı.
Naqif Həmzəyev isə qeyd edib ki, maraqlanılıb, səbəb izah edilə bilinmir: “Bu gün rəsmi şəkildə aidiyyəti quruma rəsmi müraciət ediləcək”.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovdur.