“Qeyri-bank ödəniş xidməti təchizatçısına məxsus ödəniş xidməti şəbəkəsinin regionlar üzrə yerləşdirilməsi haqqında statistik hesabat” formasında (Forma ÖS-ÖXT-3 – Əlavə №20) qeyri-bank ödəniş xidməti təchizatçısına məxsus quraşdırılmış və istismara verilmiş bankomatların, POS-terminalların və özünəxidmət terminallarının fiziki yerləşdiyi, elektron ticarət üzrə isə quraşdırılmış virtual POS-terminalların qeydiyyata alındığı müvafiq region üzrə sayı göstərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Bankomatlar nağd pul qəbul etmə (cash-in) və təmassız ödənişləri qəbul etmə funksiyasına əsasən təsnifləşdirilir.