“Banka məxsus ödəniş kartları ilə ölkə xaricində qeyri-rezident ödəniş xidməti təchizatçılarına məxsus xidmət şəbəkəsində aparılmış əməliyyatlar haqqında statistik hesabat” formasında (Forma ÖS-Bank-14 – Əlavə №14) hesabat dövrü ərzində banka məxsus ödəniş kartları vasitəsilə ölkə xaricində aparılmış nağd və nağdsız əməliyyatların sayı və həcmi ölkələr üzrə təsnifləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Nağdsız əməliyyatlar internet səhifə, mobil tətbiq və digər elektron şəbəkə vasitəsilə ölkə xaricində qeydiyyatdan keçmiş qeyri-rezident təsərrüfat subyektlərində aparılmış ödəniş əməliyyatları, POS-terminal və digər əməliyyatlar üzrə təsnifləşdirilir.