Qoruyucu konstruksiyaların istilik texnikası xarakteristikalarının hesablanması üçün daxili havanın temperaturu 180C qəbul olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Binanın qoruyucu konstruksiyalarının işıqkeçirən səthlərinin sahəsi, divarların ümumi sahəsinin 20%-dən artıq olmamalıdır. Qoruyucu konstruksiyaların uyğunlaşdırılmış müqaviməti 0,56 m2 · 0C/Vt-dan artıq olduqda işıqkeçirən səthlərin sahəsinin 30%-ə qədər artırılmasına yol verilir.