3, 4 və 5 noyabr tarixlərində gözlənilən hava proqnozu məlum olub.
Heftelik.az-ın məlumatına görə, Bakıda və Abşeron yarımadasında noyabrın 3-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Lakin axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi 15-20 m/s, gündüz şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, axşama doğru yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 16-20° isti olacaq.
Noyabrın 4-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, gecə yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcək, gündüz 8-13 m/s-dək mülayimləşəcək, axşam cənub-qərb küləyinin sürəti 15-18 m/s. olacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-12° isti olacaq.
Noyabrın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, rabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s, gündüz şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 11-15° isti olacaq.
Azərbaycanın rayonlarında noyabrın 3-də hava əsasən yağmursuz olacaq. Lakin günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi-Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Arabir duman. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 10-15° isti olacaq. Noyabrın 4-5-də bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi-Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. 04-ü axşama doğru yağıntılar tədricən kəsiləcək, 05-də əksər rayonlarda əsasən yağmursuz keçəcək. Arabir duman. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, 05-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 14-18° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.