İranda zorla hicab taxmağa etiraz əlaməti olaraq tələbə qız üst paltarlarını soyunub.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisə noyabrın 2-də Tehranda Azad İslam Universitetində baş verib.

O, hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

Artıq Azad İslam Universiteti də baş verən olayı təsdiqləyib. Universitetin İctimaiyyətlə əlaqələr üzrə direktoru Əmir Mahcub X-da paylaşımında bildirib ki, həmin tələbə qız qəbuledilməz davranışı ilə əlaqədar  ali məktəbin təhlükəsizlik bölməsi tərəfindən saxlanılıb və hüquq-mühafizə orqanlarına təhvil verilib. Qeyd edilib ki, hazırda onun hərəkətinin motivləri araşdırılır.

Beynəlxalq insan hüquqlarını müdafiə təşkilatları isə tələbə qızın təcili azadlığa buraxılmasını tələb edir.