POS-terminallar qeyri-bank ödəniş xidməti təchizatçısının baş ofis, əməliyyat bölmələri və ödəniş agentlərində və ya ticarət, ictimai iaşə və xidmət müəssisələrində quraşdırılmasına əsasən əks olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

Ticarət, ictimai iaşə və xidmət müəssisələrində quraşdırılmış POS-terminallar mobil POS-terminallar (Tap to Phone) və dövr ərzində aktiv istifadə edilməsinə əsasən təsnifləşdirilir. Ay ərzində azı 4 (dörd) ödəniş əməliyyatı icra olunan POS-terminal dövr ərzində aktiv istifadə edilən POS-terminal hesab olunur.